
Bakı. Trend:
ABŞ ordusu İranın dəniz blokadasının başlanğıcından bəri 122
gəminin istiqamətini dəyişdirib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandalığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb.
“ABŞ Silahlı Qüvvələri 122 ticarət gəmisinin istiqamətini
dəyişdirib”, – deyə bildirilib.
Qeyd edək ki, 13 apreldə ABŞ ordusu İrana qarşı dəniz
blokadasına başladı. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İran
limanlara gedən bütün gəmilərin, eləcə də sahillərini tərk etməyə
çalışan gəmilərin hərəkətini bloklamaq niyyətindədir.

