Bakı. Trend:
Husilər Ben-Qurion Hava Limanına, eləcə də İsrailin cənubundakı
bir sıra hərbi obyektlərə ballistik raketlər və dronlarla hücum
həyata keçiriblər.
Trend xəbər verir ki, bunu
“Ənsar Allah” hərəkatının silahlı qanadının nümayəndəsi Yəhya Saria
açıqlayıb.
Onun sözlərinə görə, silahlı qüvvələr növbəti – beşinci hərbi
əməliyyat çərçivəsində Ben-Qurion Hava Limanını və İsrailin
cənubunda yerləşən bir neçə mühüm hərbi hədəfi ballistik raketlər
və bir neçə pilotsuz uçuş aparatı ilə vurub.

