
Bakı. Trend:
Oktyabrın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat
verilib.
Bildirilib ki, ölkə ərazisində qeydə alınan 45 cinayətin
açılması təmin olunub. Axtarışda olan 50 nəfər, o cümlədən borclu
şəxs qismində axtarılan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Həmçinin narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən
edilib.
Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə
görə itkin düşmüş kimi axtarılan 4 nəfər tapılaraq aidiyyəti üzrə
təhvil verilib.

