
Bakı. Trend:
8–10 oktyabr tarixlərində III Beynəlxalq Aqro Biznes
Forumu keçirilib. Tədbirin baş sponsoru “Ziraat Bank Azərbaycan”
ASC olub.
Aqrar sektorun inkişafı, maliyyələşdirmə imkanlarının
genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi
məqsədilə təşkil olunan forum dövlət qurumlarının, maliyyə
institutlarının, yerli və xarici şirkətlərin nümayəndələrini bir
araya gətirib.
Forum çərçivəsində kənd təsərrüfatına investisiyaların cəlb
edilməsi, aqrar sahibkarlığın dəstəklənməsi, maliyyə resurslarına
çıxış imkanlarının artırılması və sektorda yeni əməkdaşlıq
perspektivləri müzakirə olunub.
Tədbirdə çıxış edən “Ziraat Bank Azərbaycan” ASC-nin
İdarə Heyətinin sədri Dr. Selçuk Demir bankın aqrar sektorun
inkişafına verdiyi davamlı dəstəkdən danışıb.
O bildirib ki, “Ziraat Bank Azərbaycan” ASC olaraq kənd təsərrüfatı
sahəsində fəaliyyət göstərən sahibkarların etibarlı maliyyə
tərəfdaşı olmaqla yanaşı, onların bizneslərinin inkişafına,
fəaliyyətlərinin genişləndirilməsinə və yeni imkanlar qazanmalarına
hər zaman xüsusi önəm veririk. Dr. Selçuk Demir çıxışında
kənd təsərrüfatı, su və enerji resurslarının qlobal
əhəmiyyətinə diqqət çəkərək bu sahələrin dünyanın gələcəyinin
müəyyənləşdirilməsində mühüm rol oynadığını vurğulayıb.
“Kənd təsərrüfatı süfrəmizdəki çörəyimiz,
iqtisadiyyatımızın və gələcəyimizin təminatıdır”, – deyə o
qeyd edib.
Forum çərçivəsində “Ziraat Bank Azərbaycan” ASC tədbirin
baş sponsoru olaraq təltif edilib.
Forumda həmçinin Azərbaycan–Türkiyə İş Adamları Birliyinin
(ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Aqrar Kredit və
İnkişaf Agentliyinin sədri Yalçın Camalov, Aqrar İnnovasiya
Mərkəzinin rəhbəri Anar Cəfərov, Türk Dünyası Tarım Birliyinin
sədri Doğan Başaran və Azərbaycanda Amerika Ticarət Palatasının
(“AmCham Azərbaycan”) icraçı direktoru Zaur Kərimov çıxış
ediblər.
Qeyd edək ki, Beynəlxalq Aqro Biznes Forumu ənənəvi beynəlxalq
biznes platforması kimi fəaliyyətini davam etdirir. 2023-cü ildə
keçirilən ilk forumda 10 ölkədən 55 şirkət və 900 iştirakçı,
2024-cü ildə təşkil olunan ikinci forumda isə 10 ölkədən 30 şirkət
və 2000 iştirakçı təmsil olunub.
“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə
Respublikasının “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank, Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il
tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.
Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və
xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən
11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal
platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın
Instagram, X-platforması, Linkedin, YouTube sosial media
hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə
bilərsiniz.

