Gəncədə günəbaxan tumu sexində baş verən yanğın məhdudlaşdırılıb – FOTO – YENİLƏNİB

Baş səhifə

Gəncədə günəbaxan tumu sexində baş verən yanğın məhdudlaşdırılıb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın nəticəsində 1500 kvadratmetr sahə yanıb.
***
05:38

Gəncədə yanğın başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən günəbaxan tumu sexində qəfil yanğın baş verib.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri və ətraf rayonlardan yanğınsöndürən qüvvələri cəlb olunub.

Yanğının geniş olması söndürmə işlərində çətinliklər yaradıb.

Hazırda alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir.