Estoniya Su-30 qırıcısı ilə bağlı insidentdən sonra Rusiya diplomatını çağırıb

Baş səhifə
Estoniya Su-30 qırıcısı ilə bağlı insidentdən sonra Rusiya diplomatını çağırıb

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Su-30 qırıcısının ölkənin hava məkanını pozmasından sonra Rusiyanın müvəqqəti işlər vəkili Kamran Abilovu çağırıb.

“Report” xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxkna “X” sosial şəbəkəsindəki hesabında bildirib.