Əbu-Dabidə Ukrayna üzrə danışıqlar başa çatdı (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar
başa çatıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Rusiya nümayəndə heyəti qaldıqları
hotelə qayıdıb.

Hələlik danışıqların nəticəsi barədə məlumat verilməyib.

Qeyd edək ki, danışıqlarda Rusiya, ABŞ və Ukrayna nümayəndə
heyətləri iştirak edib.

16:43
xxx




Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı
danışıqların ikinci günü keçirilir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətləri eyni vaxtda bir
neçə sülh sənədini müzakirə edirlər.

Məlumata görə, Əbu-Dabidəki danışıqlar qrupları Ukraynada sülhə
dair o cümlədən ərazi məsələləri və təhlükəsizlik təminatları ilə
bağlı bir neçə sənəd layihəsini paralel şəkildə nəzərdən keçirir və
müzakirə edir.

Qeyd edək ki, yanvarın 23-də Birləşmiş Ərəb Əmirliklərinin
paytaxtında Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında
təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk görüşü
keçirilib. Danışıqlarda həm Moskva, həm də Kiyev üçün Donbas
bölgəsinin mənsubiyyəti məsələsi prinsipial əhəmiyyət daşıyır.