
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya
çempionatının ölkə iqtisadiyyatına 18 milyard dollardan çox gəlir
gətirdiyini və 160 mindən çox insanı iş yeri ilə təmin etdiyini
bildirib.
Bu barədə D.Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Təkcə dünya çempionatı iqtisadiyyatımıza 18 milyard dollardan
çox gəlir gətirdi və 160 mindən çox insanı işlə təmin etdi!” — deyə
yazıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun
19-dək ABŞ, Meksika və Kanadada keçirilib. 2026-cı ildə turnirdə
ilk dəfə olaraq 48 milli komanda iştirak edib.

