
Bakı. Trend:
ABŞ-İran müharibəsinin yenidən alovlanması Almaniyada benzinin
qiymətinin tarixi maksimuma yüksəlməsinə səbəb olub.
Alman Avtomobilçilər Klubunun (ADAC) məlumatına əsasən, “Super
E10” markalı benzininin bir litrinin ölkə üzrə orta qiyməti ötən
gün 2,215 avroya çatıb. Bununla da 2022-ci ilin martında qeydə
alınmış əvvəlki rekord (2,203 avro) yenilənib.
Həftəlik müqayisədə də benzin bahalaşıb. “Super E10” markalı
benzinin qiyməti əvvəlki həftə ilə müqayisədə 2,8 sent artaraq
2,183 avro olub. Dizelin bir litri isə 2,232 avroya ucuzlaşıb və
həftə ərzində 1,6 sent aşağı düşüb.
ADAC hesab edir ki, Almaniyada yanacağın hazırkı yüksək
qiymətini təkcə neft bazarındakı bahalaşma ilə izah etmək mümkün
deyil və qiymətlər hələ də həddindən artıq yüksəkdir.

