
Bakı. Trend:
İsrail ordusu Suriyanın cənubundakı silahsızlaşdırılmış zonaya
artilleriya atəşi açıb.
Bu barədə “Əl-Mayadeen” televiziyası məlumat yayıb.
Bildirilir ki, mərmilərin Quneytra əyalətindəki Əl-Rafid şəhəri
yaxınlığında düşdüyü qeydə alınıb. Atəş nəticəsində mülki şəxslər
arasında itki barədə məlumat verilməyib.
İsrail qüvvələri, həmçinin Dəməşqin cənub-qərbindəki Beyt Cənn
şəhərinin kənarında yerləşən Batt əl-Vərda yüksəkliklərinə də
zərbələr endirib.
Suriya Xarici İşlər Nazirliyi X-də dərc olunmuş bəyanatda
İsrailin hərəkətlərini suverenliyin və 1974-cü ildə imzalanmış
Qolan təpələrində İsrail və Suriya qüvvələrinin ayrılması haqqında
razılaşmanın kobud şəkildə pozulması kimi qiymətləndirib.

