
Bakı. Trend:
Almaniya Kansleri Fridrix Merts partiyasının ictimai rəy
sorğularının nəticələrindən məmnun deyil.
Kansler bu barədə Xristian Demokrat Birliyinin (CDU) seçki
kampaniyası tədbirində çıxış edərkən bildirib.
O, üzləşdiyi tənqidlərdən şəxsən əziyyət çəkdiyini də etiraf
edib.
“Əlbəttə ki, biz sorğunun nəticələrindən narazıyıq. Əlbəttə ki,
mən şəxsən bu geniş yayılmış tənqiddən narahatam”, – deyə o
bildirib.
Mertsin populyarlığı bir müddətdir ki, rekord səviyyədə aşağı
düşüb və hakim CDU/CSU bloku siyasi partiyaların reytinqində
Almaniya üçün Alternativ (AfD) Partiyasından geri qalır.

