Bakı. Trend:
Konqo Demokratik Respublikasının (KDR) Mədən Naziri Luis Uatum
Kabamba və onun heyətini daşıyan təyyarə “Kolwezi” aeroportuna eniş
zamanı zolaqdan çıxıb və alovlanıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirin mətbuat katibi
açıqlama yayıb.
Məlumata görə, təyyarədə olan təxminən 20 nəfər sərnişin yanğın
başlamazdan əvvəl təhlükəsiz şəkildə təxliyə edilib, lakin baqaj
zədələnib.
Bildirilib ki, Kabamba və digər rəsmilər “Kolwezi” mədəninə
gedirdilər. Sözügedən mədəndə bir neçə gün əvvəl baş vermiş mədən
qəzasında çox sayda işçi həlak olmuşdu.

