Nepalda dağıdıcı daşqından 10 gün sonra Çin vətəndaşı sağ xilas edilib.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, Lu Haytao avqustun 26-da buzlağın çökməsi və ardınca baş verən daşqın nəticəsində 225 metr uzunluğundakı su elektrik stansiyasının tunelində bloklanıb.
Xilasetmə qrupları onu 10 gün sonra tuneldən çıxara biliblər. Uzun müddət yeraltında qalmasına baxmayaraq, kişinin ciddi xəsarət almadığı müəyyənləşib. Həkimlər onda yalnız yüngül hipotermiya aşkarlayıblar.
Lu Haytao helikopterlə hərbi hospitala aparılıb. O, tunellərdən sağ çıxarılan üçüncü şəxsdir. Xilasedicilər yerin altında hələ də təxminən 900 nəfərin qala biləcəyini ehtimal edirlər.
Qeyd edək ki, təbii fəlakət nəticəsində Nepalda ölənlərin sayı 1300-ü ötüb. Təxminən 4900 nəfər isə itkin düşmüş hesab olunur.


