Bakı. Trend:
Anak-Krakatau vulkanının püskürməsinin fəsadları İndoneziyada,
paytaxt hava limanı və Bali adasındakı aeroport da daxil olmaqla,
azı altı hava limanında reyslərin təxirə düşməsinə, iş rejimində
fasilələrə və müvəqqəti bağlanmaya səbəb olub.
Bu barədə İndoneziya aviasiya qurumlarının məlumatında
bildirilir.
Xüsusilə, Cakarta yaxınlığındakı Sukarno-Hatta beynəlxalq hava
limanı və Balidəki Nqurah Ray adına beynəlxalq hava limanı
müvəqqəti olaraq bağlı qalır.
Həmçinin ölkənin digər aeroportlarında onlarla reysin vaxtının
dəyişdirildiyi və ya ləğv edildiyi bildirilib. Bu, ilk növbədə kül
yağıntıları ilə əlaqədardır.

