Haaland klub səviyyəsində 300 qol həddinə çatıb

Baş səhifə

Bakı. Trend:

Erlinq Haaland klub səviyyəsində 300 qol həddinə çatıb.

“Mançester Siti”nin hücumçusu bu gün Premyer Liqanın 3-cü
turunda “Koventri”nin qapısına qələbə qolunu vurub – 1:0.




Qeyd edık ki, 26 yaşlı norveçliyə bu göstəriciyə çatmaq üçün 368
oyun lazım olub. Haaland “Mançester Siti” ilə yanaşı, “Bryune”,
“Molde”, “Zaltsburq” və Dortmund “Borussiya”sında da çıxış
edib.