
Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi və Milli Səhiyyə İnstitutları biomüdafiə
və pandemiyalara hazırlıq sahəsində əməkdaşlıq barədə saziş
imzalayıb.
Bu barədə “The New York Times” qəzeti sazişin mətninə istinadla
məlumat yayıb.
Razılaşma əsasən kimyəvi və bioloji müdafiə üzrə tədqiqatları
əhatə edir. Qəzetin məlumatına görə, birgə layihələr üçün Milli
Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun büdcəsindən təxminən
2 milyard dollar ayrıla bilər.
Saziş ABŞ Konqresində bəzi demokratların narazılığına səbəb
olub. Qanunvericilər Pentaqonun səhiyyə proqramları üçün nəzərdə
tutulan vəsaitdən öz ehtiyacları üçün istifadə edə biləcəyindən
narahatdırlar.

