Deputatlar Qırğızıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev,
Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov noyabrın 30-da Qırğız
Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini
müşahidə etmək üçün bu ölkənin Bişkek şəhərində səfərdə
olacaqlar.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Tural Gəncəliyev ATƏT PA, Cavanşir Feyziyev
TÜRKPA, Mübariz Qurbanlı MDB İcraiyyə Komitəsi, Göydəniz Qəhrəmanov
isə MDB PA-nın xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış
olacaq, səsvermə prosesini müşahidə edəcəklər.