
Bakı. Trend:
Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın
hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi məlumat yayıb.
Bildirilib ki, Ceyhun Hacıbəyli küçəsində yeraltı
kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri
aparılmış hissədə yol örtüyünün bərpası həyata keçiriləcək.
“Bununla əlaqədar 18 sentyabr saat 23:00-dan 20
sentyabr saat 02:00-dək Nəsimi rayonunda Ceyhun Hacıbəyli küçəsinin
Ənvər Qasımzadə küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan
hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq
məhdudlaşdırılacaq.
Təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması
məqsədilə istirahət günlərindən istifadə olunmaqla intensiv işlər
aparılacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ
yollardan istifadə etmələri və aparılan işlərə anlayışla
yanaşmaları xahiş olunur”, – deyə məlumatda bildirilib.

