Azərbaycan hərbçiləri Cənubi Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Koreya
Respublikasının Gangvon əyalətinin İnje şəhərində təşkil olunan “4-cü Koreya Beynəlxalq Döyüş Təlimi Müsabiqəsi”ndə iştrak
edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 11 ölkədən hərbi qulluqçuların iştirak etdiyi
beynəlxalq müsabiqədə şəhər və dağ döyüşü, kəşfiyyat, pusqu,
əks-pusqu və meşə əməliyyatları, müdafiə tapşırıqları, patrul
fəaliyyəti, eləcə də yaralıların təxliyəsi üzrə tapşırıqlar yerinə
yetirilib.




Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin orduları
arasında döyüş hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılması
və peşəkar əlaqələrin inkişaf etdirilməsidir.

Hərbi qulluqçularımızın beynəlxalq müsabiqələrdə iştirakı şəxsi
heyətin yüksək döyüş hazırlığının, peşəkarlığının və müxtəlif döyüş
şəraitlərində fəaliyyət imkanlarının nümayiş etdirilməsi, həmçinin
bilik və bacarıqların paylaşılması baxımından əhəmiyyətlidir.