
Bakı. Trend:
ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının
(BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov Dünya İqtisadi Liderlərinin
qeyri-rəsmi işgüzar naharında iştirak edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
məlumat verilib.
Dünya İqtisadi Forumunun “Əməkdaşlıq olmayan dövrlərdə
əməkdaşlıq gündəliyi” mövzusunda təşkil etdiyi yüksək səviyyəli
işgüzar nahar zamanı müxtəlif sahələrdən siyasətçilər, biznes
liderləri və ekspertlər bir araya gələrək bu gün dünyada
qarşılaşılan qlobal təhlükəsizlik çağırışlarının həlli yollarını
müzakirə edib və fikir mübadiləsi aparıblar.

