Nazir Rusiyanı hədələdi: “Hamınızı öldürəcəyik”

Baş səhifə

Estoniyanın müdafiə naziri Martin Herem ölkəsinin Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazır olduğunu bildirib.

Modern.az xəbər verir ki, Herem Estoniya Elmlər Akademiyasının prezidiumunun iclasında çıxışı zamanı ölkəsinin Rusiya ilə təkbaşına mübarizə apara biləcəyini deyib.

Nazirin sözlərinə görə, Rusiya Estoniyanın sərhədini keçəcəyi təqdirdə, Estoniya ordusu buna qarşı hərbi cavab verəcək.

“Estoniya təkbaşına Rusiyaya qarşı mübarizə apara bilər. Sərhədi keçsəniz, hamınızı öldürəcəyik”, – deyə Herem bildirib.

O, həmçinin Rusiyanın hərbi infrastrukturuna zərbə endirilə biləcəyini söyləyib. Heremin sözlərinə görə, Estoniyaya 50-100 kilometr məsafədən hücum ediləcəyi təqdirdə cavab zərbələri Rusiya ərazisindəki İvanqorod, Peçorı və digər istiqamətlərə yönələ bilər.

Estoniyalı nazir çıxışında Rusiyanın parçalanaraq bir neçə müstəqil dövlətə çevrilməli olduğunu da bildirib.