“Anglo Asian” Azərbaycanda gümüş istehsalını təxminən 49 faiz artırıb

Baş səhifə

Bakı.Trend:

“Anglo Asian Mining” şirkəti 2026-cı ilin ilk yarısında
Azərbaycanda gümüş istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə
48,9 faiz artıraraq 92 855 unsiyaya çatdırıb. Ötən ilin eyni
dövründə bu göstərici 62 348 unsiya olub.

Şirkət bildirib ki, illik gümüş istehsalı üzrə proqnoz 170–210
min unsiya səviyyəsində saxlanılır.

“Rekord mis istehsalı və maliyyə göstəricilərində əhəmiyyətli
yaxşılaşma ilə yadda qalan ilin ilk yarısında əldə olunan güclü
nəticələrdən sonra “Anglo Asian” ilin ikinci yarısına əhəmiyyətli
dinamika ilə daxil olub”, – deyə şirkətin məlumatında
bildirilir.

2026-cı ilin ilk yarısında “Anglo Asian Mining” 8 840 ton mis
istehsal edib. 2025-ci ilin eyni dövründə bu göstərici 1 188 ton
olub. Qızıl istehsalı isə ötən ilin eyni dövründəki 12 114 unsiya
ilə müqayisədə 12 329 unsiya təşkil edib.

İstehsalın artımı, xüsusilə, 2025-ci ilin müvafiq olaraq iyul və
may aylarında hasilata başlanılan “Dəmirli” və “Gilar” yeni
yataqlarının töhfəsinin artması ilə bağlıdır.




İlin ilk yarısının yekunlarına görə, qrupun gəliri 141,2 milyon
dollar, vergidən əvvəlki mənfəəti 68,5 milyon dollar, əməliyyat
fəaliyyətindən xalis pul vəsaiti axını isə 78,5 milyon dollar
təşkil edib.

30 iyun 2026-cı il tarixinə “Anglo Asian Mining”in pul
vəsaitləri 70 milyon dollar olub. 2025-ci ilin sonunda bu göstərici
30,2 milyon dollar təşkil edib. Lizinq öhdəlikləri nəzərə alınmadan
borcun həcmi isə 27,7 milyon dollardan 12,3 milyon dollara qədər
azalıb.

Qeyd edək ki, “Anglo Asian Mining” Azərbaycanda istehsal və
geoloji kəşfiyyat aktivləri portfelinə malik mis və qızıl
istehsalçısıdır.

Şirkət 2030-cu ilə qədər çoxprofilli orta səviyyəli
mis və qızıl istehsalçısı statusuna keçidi nəzərdə tutan artım
strategiyasını həyata keçirir. Hazırda mis şirkətin əsas məhsuludur
və 2030-cu ilə qədər illik mis istehsalının təxminən 50 000–55 000
tona çatdırılması planlaşdırılır.

İstehsalın artımı, xüsusilə, 2027–2030-cu illər ərzində üç yeni
mədənin — “Xarxar”, “Qaradağ” və “Zəfər”in istismara verilməsi
hesabına təmin ediləcək. Onlar 2025-ci ilin may və iyul aylarında
müvafiq olaraq hasilata başlanılan yeni “Gilar” və “Dəmirli”
mədənlərini tamamlayaca