Bakıda çoxmərtəbəli binada baş vermiş yanğın məhdudlaşdırılıb (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş
zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov
rayonu, Ə. Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında
mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa
müddətdə məhdudlaşdırılıb.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində
əməliyyat davam etdirilir.

18:18

xxx

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli
yaşayış binasında yanğın baş verib.




Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon
xəttinə Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış
binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin
qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər
davam edir.

Əlavə məlumat veriləcək.