Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun
ona qoşulması yolu ilə yenidən təşkil edilir.

Bu barədə Baş nazir əLi Əsədov qərar imzalayıb.

Sənədin mətni Nazirlər Kabinetinin rəsmi
internet saytında dərc olunub.

Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər
İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri,
habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərardan
irəli gələn məsələləri həll etməlidir.