Xudat şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır (FOTO)

Baş səhifə

Bakı.Trend:

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xaçmaz şəhəri ilə
yanaşı, Xudat şəhərində də infrastrukturun yenilənməsi və əhalinin
yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində
növbəti genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb.

Bu çərçivədə Xudat şəhərinin Əziz Əliyev, Yavər Şahbazov,
Abbasqulu ağa Bakıxanov, Əliağa Şıxlinski və Süleyman Stallı
küçələrində kompleks tədbirlər həyata keçirilir. Sözügedən
küçələrdə mövcud yollar yenidən qurulur, ərazilər lazımi səviyyədə
abadlaşdırılır və vətəndaşların rahat hərəkəti üçün yeni,
keyfiyyətli asfalt örtüyü salınır.




Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat
şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin gedişi ilə
yaxından tanış olub. Ərazilərdə aparılan asfaltlama işlərinə baxış
keçirən icra başçısı işlərin yüksək keyfiyyətlə və vaxtında
yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.