Cənubi Koreya-ABŞ birgə təlimi vaxtından əvvəl başa çatacaq

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreya ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) birgə
keçirilən hərbi təlimi vaxtından əvvəl – avqustun 21-də başa
çatdırılacaq.

Bu barədə Cənubi Koreyanın Silahlı Qüvvələrinin Birləşmiş
Qərargah Rəisləri Komitəsi məlumat yayıb.




Bildirilib ki, təlimin avqustun 17-27-də keçirilməsi
planlaşdırılırdı. Lakin ABŞ-nin təklifi ilə təlimin vaxtının və
miqyasının tənzimlənməsi barədə qərar qəbul olunub. Avqustun 17-də
başlayan təlimin ayın 21-də yekunlaşdırılması qərara alınıb.

Qeyd edək ki, bu il mayın 16-da ABŞ Prezidenti Donald Tramp
Şimali Koreyanın rəhbəri Kim Çen Inla çox yaxşı münasibətlərinin
olduğunu deyib. O, ABŞ-nin Cənubi Koreya ilə birgə hərbi təlimlərdə
iştirak etməsinə narazılığını bildirib.