ABŞ “Minuteman III” qitələrarası ballistik raketinin sınaqdan keçirəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ 4-5 mart tarixlərində Kaliforniyadakı Vandenberq
aviabazasından silahsız “Minuteman III” qitələrarası ballistik
raketini sınaqdan keçirəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin
Qlobal Hücum Komandanlığı xəbər verib.

Raketin buraxılışının müəyyən günlərdən birində, Bakı vaxtı ilə
saat 11:01-dən 17:01-ə qədər olan vaxt pəncərəsi çərçivəsində baş
tutması planlaşdırılır.




“Qlobal ballistik raketlərin sınaq buraxılış proqramının məqsədi
silah sisteminin effektivliyini, hazırlığını və dəqiqliyini
təsdiqləməkdir”, – deyə bildirilib.

Qeyd olunub ki, sınaq planlaşdırılıb və bir neçə il əvvəl
planlaşdırılıb.