
Bakı. Trend:
Omari Hatçinson karyerasını, böyük ehtimalla, “Milan”da davam
etdirəcək.
İnsayder Fabritsio Romanonun məlumatına görə, “rossoneri”
“Nottingem Forest”lə vingerin icarəyə götürülməsi barədə şifahi
razılığa gəlib. İtaliya klubu 22 yaşlı futbolçunun maaşını öz
üzərinə götürəcək.
Hatçinson ötən mövsüm Premyer Liqada 31 oyunda iştirak edib və 1
qol vurub.

