Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

Baş səhifə

Bakı. Trend:

Şimali Koreyanın müdafiə naziri No Qvan Çxol vəzifəsindən azad
edilərək, Koreya Əmək Partiyasının (KƏP) Mərkəzi Komitəsinin
Müdafiə Sənayesi Departamentinin birinci müavini təyin olunub.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat
yayıb.




Bu qərar Şimali Koreya lideri Kim Çen Inın sədrliyi ilə
keçirilən doqquzuncu çağırış KƏP Mərkəzi Hərbi Komissiyasının
ikinci iclasında qəbul edilib.

Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəisi Kim Sonq Gi
yeni müdafiə naziri təyin olunub.