"İmişli" "Şəfa"ya qalib gəldi

Baş səhifə

Misli Premyer Liqasında 3-tura start verilib. 

Modern.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 2 matç artıq başa çatıb.

Əvvəlcə “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Digər qarşılaşmada “Şəfa” “İmişli”ni sınağa çəkib. İmişli təmsilçisi matçdan 1:0 hesablı qələbə ilə üstün ayrılıb.