Kiyev “Rassvet”ə qarşı beynəlxalq dəstək axtarır

Baş səhifə

Ukrayna Rusiyanın “Rassvet” sisteminin (Rusiyanın peyk rabitəsi və naviqasiya ilə əlaqəli geostasionar peyk sistemi – red.) əhatə dairəsindən çıxarılmasını tələb edib.

Modern.az xəbər verir ki, bu məqsədlə Kiyev artıq Beynəlxalq Telekommunikasiya İttifaqına müraciət edib. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

O, həmçinin tərəfdaş ölkələri Kiyevin mövqeyini dəstəkləməyə və analoji addım atmağa çağırıb.

Sibiqanın iddiasına görə, “Rassvet” sistemindən hərbi məqsədlər üçün istifadə olunur.