
Bakı. Trend
İsrailin Şin Bet (Şabak) təhlükəsizlik xidməti bu ölkənin Baş
naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahunu sui-qəsd
təhlükəsi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarından (ABŞ) təcili
təxliyə edib.
Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, Yair Netanyahuya ciddi zərərvurma riski olub. Bu
hal nəzərə alınaraq, vəziyyət qiymətləndirildikdən sonra onun
təcili olaraq təhlükəsizlik xidməti ilə birlikdə İsrailə geri
göndərilməsi qərara alınıb.
Vurğulanıb ki, Yair Florida ştatını mühafizəçilərlə birlikdə
tərk edib. “O, əşyalarını belə, götürməyib. Yair hazırda
İsraildədir”, – deyə məlumatda diqqətə çatdırılıb.
:

