“Airbus” ABŞ-dakı kosmik bölməsini satmağı nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Avropanın ən böyük aerokosmik şirkəti “Airbus” peyk rabitəsi
sahəsində ümumavropa konqlomeratının yaradılması istiqamətində
səyləri birləşdirmək məqsədilə ABŞ-dakı kosmik biznesini satmaq
variantını nəzərdən keçirir.

Bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən
məlumat yayıb.

Məlumata əsasən, hazırda şirkət potensial alıcıların ABŞ-dakı
biznesinə göstərdiyi marağı dəyərləndirir. “Airbus US Space
Systems” bölməsinin aktivləri arasında Floridada yerləşən istehsal
müəssisəsi də var.




Bölmənin illik gəlirinin bir neçə yüz milyon dollar təşkil
etdiyi bildirilir.

Nəşr qeyd edir ki, ABŞ-dakı aktivlərin satılması “Airbus”ın
2024-cü ildə 989 milyon avro zərər etmiş biznesinin bərpası
istiqamətində atdığı növbəti addım ola bilər.