“Real” İspaniya millisinin yarımmüdafiəçisini transfer edir

Baş səhifə

Bakı. Trend:

“Real” heyətini yeni oyunçu ilə gücləndirəcək.

“Kral klubu” “Rasinq”də çıxış edən Serxio Martinesin keçidini
həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.




“Real” 19 yaşlı yarımmmüdafiəçi üçün onun klubuna 3 milyon avro
təzminat ödəyəcək. Gənc oyunçu ilə 2030-cu ilin yayına kimi nəzərdə
tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, Serxio Martines “Rasinq”in yetirməsidir. O,
İspaniyanın U-19 millisinin üzvüdür.