Bu il AHİK tərəfindən verilən yollayışların sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu il ötən38 mindən artıq yollayış verilərək 76 mindən çox
vətəndaşımızın güzəştli şərtlərlə istirahət və müalicəsi təşkil
edilib.

Trend xəbər
verir ki, bunu Konfederasiya sədri Sahib Məmmədov bu gün Bakıda
keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) VIII Qurultayında hesabat məruzəsi ilə çıxışında
bildirib.




Onun sözlərinə görə, Vətən müharibəsi günlərində və sonrakı
dövrdə də həmkarlar ittifaqları tərəfindən yüksək səviyyədə
həmrəylik nümayiş etdirilib, şəhid ailələrinə və müharibə
iştirakçılarına dəstək göstərilib.

“Hazırda 209 şəhid ailəsinin 378 övladı Konfederasiya və üzv
təşkilatların himayəsindədir”, – sədr qeyd edib.