Beyləqanda elektrik yarımstansiyasında partlayış olub, yanğın başlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın hadisəsi
qeydə alınıb.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Daşburun
qəsəbəsində yerləşən yarımstansiyada baş verib. İlkin məlumata
əsasən, əvvəlcə partlayış olub, ardınca ərazidə yanğın meydana
gəlib.

Hadisə səbəbindən rayonun bir neçə yaşayış məntəqəsində elektrik
enerjisinin verilişində fasilə yaranıb.




Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə
qüvvələri və xüsusi texnikası göndərilib. Hazırda yanğının
lokallaşdırılması və tam söndürülməsi istiqamətində işlər
görülür.

Hadisənin səbəbləri araşdırılır.