
Bakı. Trend:
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ
bayraqları ilə yürüş etməyə cəhd göstərən şəxslər barəsində
təqdimatlara baxılıb.
Trend xəbər
verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə Abdulla
İbrahimli və İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan
tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına
səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal
iştirak etmə) maddıəsi üzrə ittiham elan olunub.

