Bakıda ağır qəza: avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yol-nəqliyyat
qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə
qalması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “Toyota Corolla”, “Hyundai” və “Toyota Prius” markalı
minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş
verib və “Toyota Prius” markalı minik avtomobilində vətəndaş
müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış
nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.




Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə
vətəndaş, 1994-cü il təvəllüdlü İslamzadə Nəzrin Faiq qızını xilas
edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma
aparılır.