Bərpa olunan enerji mənbələri Azərbaycan və Çili arasında əməkdaşlığın ən vacib sahəsidir – Diplomat

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Çili arasında əməkdaşlığın ən vacib sahəsi
bərpaolunan enerji mənbələri sektorudur.

Bunu Trend-ə
Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan K. Salazar
Amputant Futbolu üzrə Millətlər Liqasının açılış mərasimi
çərçivəsində bildirib.




“Əgər Çilinin Azərbaycanla kommersiya və ya iqtisadi
münasibətlərə marağından danışsaq, ilk növbədə qeyd etməliyəm ki,
bizim üçün ən böyük əhəmiyyət daşıyan sahə enerji sektorudur.
Xüsusilə bu, iqlim məqsədlərinə nail olmağa kömək edəcək yeni və
ekoloji cəhətdən təmiz enerji mənbələrinə aiddir, bununla yanaşı
iqtisadiyyatda bərpaolunan enerji mənbələrinin aktivləşdirilməsinə
və daha səmərəli istifadəsinə töhfə verir”,- deyə diplomat qeyd
edib.

Qeyd edək ki, bu gün Bakıda Amputant futbolu üzrə Millətlər
Liqasının “C” qrup oyunlarının açılış mərasimi keçirilib. Tədbir
ASCO Arenada baş tutub. Bu turnirin Azərbaycanda keçirilməsi ölkədə
mövcud mina probleminə dünya ictimaiyyətinin diqqətini cəlb etmək
və mina qurbanlarını beynəlxalq idman meydanlarında bir araya
gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir.