Azərbaycanın U-17 yığması Bolqarıstanla heç-heçə edib

Baş səhifə

Bakı. Trend:

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
(U-17) Avropa çempionatının seçmə mərhələsinin II raundu
çərçivəsində ilk oyununa çıxıb.

Trend xəbər verir ki, B
liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstanın Plovdiv
şəhərində yerli komanda ilə qarşılaşıb.




“Xristo Botev” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə
yekunlaşıb.

Komandamızın heyətində Əli Bəşirov fərqlənib. O 39-cu dəqiqədə
penaltini qola çevirə bilib.