Söyüşə görə cinayət: Qonşusunu dəmirlə döydü

Kriminal


Göygöl sakini dəmir parçası ilə qonşusuna xəsarət yetirib.

resmixeber.az xəbər verir ki, Göygöl şəhəri, Aydın Hacıyev küçəsində Tural Turan oğlu Hüseynov qonşusu Aftandil Malik oğlu Qurbanova dəmir parçası ilə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Qonşular arasında mübahisəyə səbəb Aftandil Qurbanovun küçədə tanışları ilə söhbət edərkən ucadan nalayiq ifadələr işlətməsi olub.

Faktla bağlı cinayət işi başlanılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir