Eldar Səmədov: “Ermənilərin qətlə yetirdiyi 400-dən artıq azərbaycanlının skelet qalıqları aşkarlanıb”

Cəmiyyət


“2020-ci ildə Azərbaycan, Rusiya, Ermənistan arasında Üçtərəfli Bəyanatın imzalanmasından bu günə qədər təxminən 400-dən artıq vətəndaşımıza aid skelet qalıqları aşkarlanıb”.

Bunu “Trend”ə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Ağdamda tapılan kütləvi məzarlıq Ermənistanın törətdiyi növbəti cinayət faktının aşkarlanmasıdır.

“Torpaqlarımız azad olunduqdan sonra dövlət komissiyası digər aidiyyəti qurumlar ilə birlikdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən olunması istiqamətində axtarış-qazıntı işlərini davam etdirir. Bu artıq aşkarladığımız səkkizinci kütləvi məzarlıqdır. Bu sahədə işlərimizi davam etdiririk. Bizdə olan məlumata görə, bu ərazidə hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımız da qətlə yetiriliblər”, – deyə o əlavə edib.

Qeyd edək ki, Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. Skelet qalıqları tapılan şəxslərin 1992-ci ildə ermənilər tərəfindən öldürülərək basdırıldıqları ehtimal olunur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir