Koronavirus xəstələrinin müalicəsi üçün tikilən modul tipli xəstəxanaların TƏBİB tabeliyindəki tibb müəssisələrinin nəzdində ehtiyac sahələr üçün istifadəyə verilməsinə görə layihələr hazırlanıb.
resmixeber.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib:
“Müvafiq razılaşdırmadan sonra fəaliyyəti dayandırılan digər modul tipli xəstəxanalar təyinatı dəyişdirilərək ehtiyacı olan sahələr üzrə istifadə olunacaq.
Hazırda COVID-19-a yoluxan aktiv xəstələrinin sayı azaldığı üçün onların müalicəsi üçün yalnız Məmmədli qəsəbəsindəki modul tipli xəstəxanası saxlanılıb. Digər modul xəstəxanalar fəaliyyətini dayandırıb”.
Aysel Aslan
www.RESMIXEBER.az