Bakıda əks yolda sürətlə hərəkət edən “Prius”un sürücüsü cərimə olundu – YENİLƏNİB + VİDEO

Cəmiyyət


Bakıda əks yolda sürətlə hərəkət edən “Toyota Prius”un sürücüsü cərimələnib. 

Bununla bağlı resmixeber.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib. O qeyd edib ki, hadisə iyunun 10-da, saat 17:10 radələrində baş verib: 

“Belə ki, 99-OZ-285 dövlət nömrə nişanlı, ağ rəngli “Toyota Prius” markalı avtomobilin sürücüsü Cavidan Qəhrəmanlı İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək, inzibati xəta törədib. Sürücü 4 bal və 100 manat məbləğində cərimə olunub”. 

13:48

Bakıda avtomobil əks yolda hərəkət edərək, digər hərəkət iştirakçıları üçün ciddi təhlükə törədib.

resmixeber.az xəbər verir ki, hadisənin görüntülərini əks etdirən video sosial şəbəkələrdə yayılıb.

Paylaşımdan aydın olur ki, hadisə paytaxtın Kövkəb Səfərəliyeva küçəsində qeydə alınıb.

Belə ki, sürətlə hərəkət edən 99-OZ-285 dövlət nömrə nişanlı, ağ rəngli “Toyota Prius” markalı avtomobil əks yola çıxaraq, digər sürücülərə təhlükə törədib.

Sözügedən görüntünü təqdim edirik:

Aysel Aslan 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir