SOCAR-ın prezidenti “Citi”nin Avropa, Yaxın Şərq və Afrika üzrə baş icraçı direktoru ilə görüşüb – FOTO

Cəmiyyət


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ-nin “Citi” investisiya bankının Avropa, Yaxın Şərq və Afrika üzrə baş icraçı direktoru David Livinqston ilə görüşüb.

Görüşdə beynəlxalq maliyyə bazarları müzakirə edilib, neft, qaz, neft-kimya, bərpa olunan enerji sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR ilə “Citi” arasında regionun iqtisadi inkişafına və enerji təhlükəsizliyinə töhfə verən bir sıra strateji əhəmiyyətli layihələrin maliyələşdirilməsi də daxil olmaqla 15 ildən artıq davam edən tərəfdaşlıq əlaqələri mövcuddur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir