8 aylıq körpə odun sobasının üzərinə düşüb – FOTO

Cəmiyyət


Ucarda yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə resmixeber.az-a Dilbər Süleymanova məlumat verib.

O bildirib ki, 8 aylıq övladı – Əli Süleymanov – ağır yanıq xəsarətləri alıb:

“Hadisə 10 yanvar tarixində baş verib. Mən həyətdə olarkən 7 noyabr 2022-ci il təvəllüdlü övladım Əli ağlamağa başlayıb. Bunu görən 6 yaşlı oğlum onu mənə gətirmək istəyərkən ayağı ilişib və odun sobasına tərəf yıxılıb. Körpəm isə sobanın üzərinə düşüb. Kürəyi, ayağı, ağzı yanıb. Həkimlər 2-ci dərəcəli yanıq diaqnozu qoyublar. Vəziyyəti ağır olduğundan bizi dərhal Ucardan Bakıya göndərdilər. Əli Bakıda bir neçə dəfə dəriköçürmə əməliyyatı keçirdi”.

Ana bildirib ki, övladının müalicəsi üçün 660 manat pula ehtiyacı var:

“Əliyə dəriköçürmə əməliyyatı edilib. Uzunmüddətli müalicə almalı olsa da, bunu etməyə imkanımız yoxdur. Əlinin reabilitasiyası üçün 660 manata ehtiyacımız var. İmkanlı şəxslərdən bizə kömək olmalarını, övladıma yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: 050 976 70 42

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir