13 yaşlı qızın özünə ər “seçdiyi” kişinin həyat yoldaşı: “Mənim böyük uşağımın 12 yaşı var” – VİDEO

Cəmiyyət


“O çoxdan telefonda qızlarla danışırdı”.

Bu sözləri tovuzlu 13 yaşlı Əfsanə Tağıyevanın ailə qurmaq məqsədilə yanına qaçdığı Xaçmaz sakini Səfər Kavazovun həyat yoldaşı İTV-yə danışarkən deyib. 

Qadın qeyd edib ki, bunun sonunun problem olmasını dəfələrlə ərinə bildirib:

“Buna görə neçə aydır mübahisə edirdik. Amma maaşını həmişə evə gətirirdi. Axır beş gündə o evdən getdi. Mən bilməzdim belə bir şey olduğunu. Dünən dedilər ki, onu polis gəlib aparıb. Bu beş gündə cəmi bir dəfə ondan sənəd soruşdum. Mən bu gündən o insanı silirəm. Onu heç vaxt bağışlamayacağam. Mənim böyük uşağımın 12 yaşı var. O, bizi biabır elədi”.

Ətraflı videonu təqdim edirik:

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir