Serebral iflicdən əziyyət çəkən Muradın anası: “Yoldaşım bizi atıb gedib, satmağa da heç nəyim qalmayıb”- FOTO

Cəmiyyət


16 yaşlı Muradın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Kəmalə Bayiyeva məlumat verib.

O bildirib ki, övladı doğulan gündən serebral iflicdən əziyyət çəkir.

“Mən özüm orta məktəblərin birində xadimə kimi çalışıram. Murada evdə nənəsi baxır. 20 gün öncə mən işdə olanda Murad evdə yıxılıb, ayağının biri qırılıb”.

Kəmalə Bayiyeva bildirib ki, Muradın müalicəsi üçün 300 manata ehtiyacları var.

“Mənim Muraddan başqa, iki qızım da var. Yeddi il əvvəl yoldaşımla ayrılmışıq. Həmin gündən bəri bir dəfə də olsun, övladlarını axtarıb, dəstək olmayıb. Mənim aldığım xadimə maaşı və Muradın pensiyası ilə güclə dolanırıq. Bu günə qədər əlimdən gələn qədər bütün müalicələrini etmişəm, amma artıq tamamilə tükənmişəm. Nə satmağa qızılım, nə də başqa dəyərli əşyam qalıb. İmkanlı şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 055-392-04-28

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir