Yevlaxda mikroavtobus iki qadını vurub: Ölən var

Cəmiyyət


Yevlaxda avtomobil iki qadını vurub.

APA xəbər verir ki, hadisə rayonun Nizami prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ruslan Abdullayev idarə etdiyi QAZ markalı mikroavtobusla 1975-ci il təvəllüdlü Səbinə Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Mirzəyevanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində ölüb, xəsarət alan Bəsdi Mirzəyeva isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir