
Bakı.Trend:
Küveyt İranın ölkənin beynəlxalq hava limanın İran tərəfindən
həyata keçirilən və bir neçə nəfərin yaralanması ilə nəticələnmiş
dron hücumuna məruz qalmasından sonra bütün kommersiya uçuşlarını
dayandırıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Ölkənin Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Səud
Əbdüləziz Əl Otaibi bildirib ki, bir neçə düşmən dronu Küveyt
Beynəlxalq Hava Limanının sərnişinlərin olduğu terminalını hədəfə
alıb. Nəticədə binaya ziyan dəyib, bir neçə nəfər yaralanıb.
Dron hücumu İran və ABŞ-nin gecə ərzində qarşılıqlı raket
zərbələri mübadiləsindən sonra baş verib. ABŞ ordusu bildirib ki,
İranın Küveyt və Bəhreynə atdığı raketlərə cavab olaraq İranın
hərbi obyektinə zərbələr endirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

